Yarışın qalibləri


Baxıldı : 397

Tarix : 2016-05-20 05:40:00


Azərbaycan Texniki Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən spartakiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tələbələr arasında keçirilən yarışda birinci yerə avtomatika və kompüter texnikası fakültəsinin komandası layiq görülüb. Maşınqayırma, elektrotexnika və energetika fakültələrinin komandaları ikinci və üçüncü yerləri tutublar. Təhsil ocağının əməkdaşları arasında keçirilən yarışlarda isə elektrotexnika və energetika fakültəsinin müəllimləri qalib gəliblər. Mühəndis biznesi və menecment, maşınqayırma fakültələrinin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.Qaliblərə kubok, diplom və üzərində ulu öndərin şəkli həkk olunan medallar təqdim edilib. Azər MUSTAFAYEV