Yaradıcılıq gecəsi keçirilib


Baxıldı : 240

Tarix : 2016-02-27 04:29:00


Dövlət Dəmir Yolu Liseyində müasir Azərbaycan ədəbiyyatının peşəkar simalarından biri, yazıçı, dramaturq Firuz Mustafanın yaradıcılıq gecəsi keçirilib. Tədbiri giriş sözü ilə açan liseyin direktoru Həsən Bayramov yazıçının ədəbi fəaliyyəti, əsərlərinin xarici dillərə tərcümə edilməsi barədə məlumat verib.Tədbirdə filologiya elmləri doktoru, professor Vaqif Yusifli, Bədirxan Əhmədov, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, fəlsəfə doktoru Məleykə Alıqızı, \ Ulduz\ jurnalının baş redaktoru Qulu Ağsəs Firuz Mustafa yaradıcılığının ictimai-fəlsəfi aspektləri mövzusunda çıxış edərək publisistin müasir ədəbi prosesdə rolunu yüksək qiymətləndiriblər.Sonda yazıçı, dramaturq Firuz Mustafa çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, müəllim və şagirdlərin suallarını cavablandırıb.Cavid SƏFƏROV