Yaradılan şərait yaxşı işin əsasıdır


Baxıldı : 38

Tarix : 2017-11-10 21:57:06


Mədəniyyət İşçiləri  Həmkarlar İttifaqı Ucar Rayon Komitəsi ittifaq üzvlərinin sosial müdafiəsi sahəsində bir sıra işlər görmüşdür. Müəssisə rəhbərləri ilə əlaqəli işin nəticəsində işçilərin mükafatlandırılması və onlara maddi yardım verilməsi nəzərdə tutulmuş qaydada aparılmışdır.

Həmçinin işçilərin sağlamlığının qorunması və normal  iş şəraitinin yaradılmasına komitənin əhatə  etdiyi  bütün  müəssisələrdə nail olunmuşdur.

İşçilər arasında istehsalat zədələnmələri baş verməmişdir. Bütün iş saatı günü işləyə bilməyən qadınlar üçün xüsusi şərait yaradılmışdır. Işləyən əlillərin əməyinin təşkili daima diqqət mərkəzində olmuşdur. Normal iş şəraitinin yaradılması üçün işçilər ildə bir dəfə tibbi müayinədən keçmişlər. Müəssisələrin bir çoxunda əsaslı təmir işləri aparılmışdır.

Rayon komitəsinin sədri Mirqələm Əliyev dedi ki, ötən dövr ərzində işçilərin sağlamlığının və mədəni istirahətinin  təşkili üçün respublikamızın  ayrı-ayrı sanatoriyalarına 35 nəfər ittifaq üzvünə yollayışlar verilmişdir.

Gənclərin  hərbi vətənpərvərlik ruhunda tərbiyəsi komitənin daima diqqət mərkəzində olmuşdur. Rayon Hərbi Komissarlığı ilə birgə əməkdaşlıq qurularaq gənclərin xidmətə yolasalma  mərasimlərində mədəniyyət və incəsənət  işçilərinin geniş konsert proqramları təşkil  edilmişdir.

Yeni gənc istedadların  üzə çıxarılması məqsədilə keçirilən "İstedad axtarırıq" devizi altında bədii  özfəaliyyət kollektivlərinə ümumrayon baxış-müsabiqələrində qalib olanlar rayon komitəsinin Fəxri Fərmanı və diplomlarına layiq görülmüşlər.

Komitə sədri daha sonra bildirdi ki, işçilərin ixtisaslarının artırılması da diqqət mərkəzində saxalnılmışdır. Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən 117 nəfər ixtisasartırma kurslarına  göndərilmişdir.

Eyni zamanda təşkilata gələn müraciətlərə xüsusilə həssaslıqla yanaşılır.

Əhəd İBADOV