Yardım mexanizmi sadələşdirilir


Baxıldı : 248

Tarix : 2015-12-12 06:32:00


Hökumət kənd təsərrüfatı məhsullarının istehsalçılarına - fermerlərə dövlət büdcəsindən maliyyə yardımının verilməsi qaydalarının təkmilləşdirilməsi, ayrılmış vəsaitin istifadəsi zamanı şəffaflığın və səmərəliliyin artırılması sahəsində təkliflər hazırlayır. Təkliflər əkin sahələrinin və çoxillik əkmələrin becərilməsində istifadə edilən yanacaq və mühərrik yağlarına, buğda və çəltik səpininə, habelə mineral gübrələrin və herbisidlərin güzəştli qiymətlərlə satışına görə yardımlarla bağlı təkmilləşdirmələri nəzərdə tutur. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, buğda istehsalçılarına verilən subsidiyaların məbləği artırıla bilər. Eyni zamanda subsidiyaların strukturunda təsərrüfatların xüsusiyyətlərindən asılı olaraq təkmilləşdirilməsi də gözlənilir. Belə ki, subsidiyaların verilməsi kənd təsərrüfatı kooperativlərinin yaradılması üçün stimullaşdırıcı tədbir kimi də tətbiq edilə bilər. Başqa sözlə, təkmilləşdirmə nəticəsində kooperativ üzvü olan fermerlərə adi sahibkarlardan daha böyük məbləğli subsidiyalar təklif oluna bilər. Bundan başqa, subsidiyaların verilməsində bəzi neqativ halları aradan qaldırmaq üçün vəsaitlərin nağdsız qaydada verilməsi nəzərdə tutulur. Şəffaflığın təmin olunmasında digər addımlardan biri də bu prosesin tamamilə elektronlaşdırılmasıdır. ELBRUS