Yardım göstərilir


Baxıldı : 401

Tarix : 2020-06-12 06:06:58


Koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq, ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımlarının paylanılması prosesi davam etdirilir.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Şəki Rayon Komitəsi tərəfindən xüsusi karantin rejimi dövründə sosial müdafiəyə ehtiyacı olan ailələrə ərzaq paylanılıb. Komitənin tabeliyində olan müəssisə və təşkilatlarda işləyən aztəminatlı əməkdaşlara maddi yardımlar göstərilib.

MİHİ Şəki Rayon Komitəsi həmçinin 60-65 yaşlı 35 nəfər  ittifaq üzvünə  ərzaq və qoruyucu maska, dezinfeksiyaedici məhlullar paylamışdır. Həmkarlar ittifaqı üzvlərinə ərzaq və maddi yardım göstərilməsi davam etdirilir.