Yaşayış minimumunun məbləği və ehtiyac meyarının həddi müəyyənləşdi


Baxıldı : 94

Tarix : 2017-01-06 23:24:23


Ölkə başçısı cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında Qanun”u təsdiq edib.

Qanuna əsasən, yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən olunub.

Qanun yanvarın 1-dən qüvvəyə minib.

***

Ölkə başçısı cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında Qanun”u təsdiq edib.

Qanuna əsasən, ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq olunub.

Qanun yanvarın 1-dən qüvvəyə minib.