Yaşlı insanlara dəstək


Baxıldı : 120

Tarix : 2017-04-21 23:22:52


Yaşlı insanların həyat şəraitini yaxşılaşdırmaq üçün robot-qulaq dostunun tətbiqinə başlanılıb. Portuqaliyanın Koimbra şəhərində tənha yaşayan qocalar üçün köməkçi robot yaradılıb. Robot eşidəcək, görəcək, emosiyalar ifadə edəcək və ən əsası danışmağı bacaracaq.

Robot həm də evdəki təhlükəsizliyə nəzarət edəcək, məsələn, soyuducunun qapısı açıq qaldıqda, yaxud soba söndürülməyəndə ev sahibinə bu barədə xəbər verəcək. Eyni zamanda tənha və ahıl insanlara gündəlik işlərində kömək edə, məsələn, itən eynəyi tapa, yaxud dərmanın qəbul vaxtını xatırlada bilər. Hazırda robot qocalar evlərində sınaqdan keçirilir.

Azər Mustafayev