Yaxın gü...


Baxıldı : 362

Tarix : 2016-01-23 11:19:00


Yaxın günlərdə \ Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında\ qanun qəbul edildi. Bilmək istəyirəm, yoxlamalar neçə il müddətinə dayandırılıb və hansı sahədə yoxlama aparıla bilər? Qoca VƏLİYEV,Bakı şəhəri.- Bəli, 20 oktyabr 2015-ci il tarixində ölkə Prezidenti tərəfindən \ Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında\ qanun imzalandı. Qanun 1 noyabr 2015-ci il tarixdən qüvvəyə minmişdir. Həmin qanunla sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılmışdır. Qanunun 2-ci maddəsinə əsasən, bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparıla bilər. Həmin yoxlamalar Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Onu da qeyd etmək lazımdır ki, bu Qanun korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir.\ Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında\ Azərbaycan Respublikası Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə\ Azərbaycan Respublikası Prezidenti 26 oktyabr 2015-ci il tarixdə fərman imzalamışdır. Həmin fərmanla \ Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı\ təsdiq edilmişdir. \ Siyahı\ nı olduğu kimi təqdim edirik:1. \ Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında\ Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində siyahısı aşağıda göstərilən yoxlamalar aparıla bilər:1.1. dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması;1.2. fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması;1.3. təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması;1.4. sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yoxlanılması;1.5. kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yoxlanılması;1.6. radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması.2. Bu Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti dövlət orqanının əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır.Onu da qeyd etmək lazımdır ki, bu yoxlamalar Respublika Prezidentinin 26 oktyabr 2015-ci il tarixli fərmanının 3-cü bəndi ilə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Belə ki, həmin bəndə əsasən:3.1. yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılır; 3.2. bu Fərmanla təsdiq edilən Siyahının 1.4-1.6-cı bəndlərində nəzərdə tutulmuş yoxlamalar (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Mərkəzi Bankı, Fövqəladə Hallar Nazirliyi) istisna olmaqla, yoxlamalar Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır;3.3. sahibkarın fəaliyyətinə tətbiq edilən istehsalın və ya malın satışının dayandırılması, habelə digər məhdudlaşdırıcı tədbirlər yalnız Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə tətbiq edilir.Bələdiyyə üzvüyəm. Bilirəm ki, iş vaxtı bədbəxt hadisə baş verdikdə respublikamızda qüvvədə olan \ İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları\ nda göstərilən kimi, öz həllini tapır. Amma, eşitdiyimə görə, bu \ Qaydalar\ bələdiyyə üzvlərinə aid edilmir. Bəs bu məsələ ilə bağlı bələdiyyə üzvlərinə hansı Qayda şamil edilir?Əziz MƏMMƏDOV,Bakı şəhəri.- Məlumunuz olsun ki, \ İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları\ nın 1.1. bəndinin dördüncü - doqquzuncu abzaslarına əsasən, Qaydalar bir qrup şəxsə şamil edilmirdi. O şəxslər aşağıdakılar idi:hərbi qulluqçulara (müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular istisna edilməklə);məhkəmə hakimlərinə;Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə;Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə;podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə.Amma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 iyul 2015-ci il tarixli 270 saylı Qərarı ilə Qaydaların 1.1-ci bəndinin dördüncü - doqquzuncu abzasları çıxarılmışdır. Ona görə də artıq Qaydalar bələdiyyə üzvlərinə də şamil edilir.Yaxın qohumum 1990-cı ilin 20 Yanvar hadisələri zamanı xəsarət alıb və ona II qrup əlillik müəyyən edilib. Hazırda 130 manat Prezident təqaüdü alır.Bilmək istəyirəm ki, 20 Yanvar əlillərinə verilən 130 manatda da artım varmı və nə vaxtdan?Səlim ƏLİYEV,Bakı şəhəri.- Azərbaycanın dövlət q uruluşu, ərazi bütövlüyü uğrunda əlil olmuş şəxslər dövlət qayğısı ilə əhatə olunmuşdur. 20 Yanvar əlillərinə verilən Prezident təqaüdü \ 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında\ Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanı ilə təsis edilmişdir və mütəmadi olaraq artırılır.Qeyd olunan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün 16 yanvar 2016-cı ildə də yeni fərman imzalandı və bu təqaüdün məbləği 10 faiz artırıldı. Belə ki, yeni Fərmanla 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə verilən Prezident təqaüdünün məbləği 2016-cı il fevralın 1-dən artırılaraq I qrup əlillərə 165 manat, II qrup əlillərə 143 manat, III qrup əlillərə 110 manat müəyyən edildi. Qohumunuz 20 Yanvar hadisələri ilə əlaqədar II qrup əlil olduğu üçün fevralın 1-dən 130 manat yox, 143 manat Prezident təqaüdü alacaq.Əməkhaqqından gəlir vergisi və sosial sığorta haqqı hansı qaydada tutulmalıdır?Rəna BAĞIROVA,Gəncə şəhəri.- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 176-cı maddəsinə əsasən, hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.Əgər işçinin əməkhaqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutulmalı olarsa, bu zaman bütün hallarda işçinin əməkhaqqının əlli faizi saxlanmalıdır. Onu da qeyd etmək lazımdır ki, Məcəllə ilə müəyyən edilmiş bu məhdudiyyətlər islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əməkhaqqından məbləğlərin tutulmasına şamil edilmir.Onu xatırlatmaq lazımdır ki,Vergi Məcəlləsinin 102.1.6. maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30000 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır.Bu gün respublikamızda bu ölkə üzrə yaşayış minimumunun məbləği 136 manat təşkil edir. Bu məbləğdən aşağı olan əməkhaqqından gəlir vergisi deyil, yalnız sosial sığorta haqqı tutulur. Əməkhaqqı ölkə üzrə yaşayış minimumunun məbləğindən yuxarıdırsa, onda gəlir vergisi əməkhaqqının ölkə üzrə yaşayış minimumunun məbləği qədər olan hissəsindən yox, qalan hissədən tutulur.