Yaxşı oxuyanlar arasında oğlanlar daha çoxdur


Baxıldı : 235

Tarix : 2015-01-31 04:54:00


\ Azərbaycanda 20 ildir ki, qəbulun nəticələri təhlil edilir. Bunun nəticəsində biz təkcə oğlan və qızların necə oxumasını deyil, hansı regionlarda qızların, oğlanların necə oxuduqlarını, hansı ixtisaslara daha çox üstünlük verdiklərini öyrənirik. Hazırda Azərbaycanda ən yaxşı oxuyanların, ən yüksək nəticə göstərənlərin arasında oğlanların sayı çoxdur. Amma ən pis nəticə göstərənlərin - 100 baldan aşağı toplayanların arasında da əsasən oğlanlardır\ .Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib ki, ölkədə orta nəticə göstərənlərin arasında qızlar çoxluq təşkil edir. Onun sözlərinə görə, ən yaxşı nəticə göstərənlər arasında oğlanların üstünlük təşkil edir ki, onlar da ya oxuyur, ya da oxumur. Oxuyan oğlanlar da imtahanda yaxşı nəticə əldə edirlər. TQDK sədri onu da qeyd edib ki, bəzi ali məktəblərə qəbul oğlanlar arasında qızlar çoxdur: \ Azərbaycan Tibb Universitetinin tələbələri arasında qızlar çoxluq təşkil edir. Amma tibb sahəsində müəyyən ixtisaslarda oğlanlar olmalıdır. Rezidenturada isə qızlar daha çox təhsil alsalar da, heç biri meyitlərlə işləmək istəmir. Müəyyən ixtisaslar var ki, məsələn, travmatoloq-cərrah ixtisası üçün yalnız bilik yox, fiziki güc də lazımdır. Bizdə oğlanların IV qrup üzrə təhsil alması azalıb. Oğlanlar bu qrupa o zaman sənəd verirlər ki, onlar 500 baldan yuxarı nəticə göstərirlər. Oğlan orta nəticə, yəni 200-300 bal toplayırsa, başa düşür ki, Azərbaycan Tibb Universitetinə qəbul olmayacaq. Ona görə də bu qrupdan imtina edərək I qrupa sənəd verir, harada ki, həmin balla dövlət sifarişli yerlərə qəbul ola bilərlər. Ancaq qızlar 200-300 bal toplamaqlarına baxmayaraq, bu ixtisasa qəbul olmayacaqlarını bilsələr də, yenə Tibb Universitetinin ixtisaslarını seçirlər. Fikirləşirlər ki, ATU-ya da olmasa, tibb kollecinə qəbul olacaqlar. Rezidenturaya qəbulda isə qızlar oğlanlara uduzur. Çünki rezidenturaya qəbul qızların elə bir yaş dövrünə düşür ki, onlar ya ana olur, ya da ana olmağa hazırlaşırlar. Buna görə də rezidentura imtahanında iştirak etmək daha çətin olur, imtahanda yaxşı nəticə göstərə bilmirlər\ . AZƏR