Yaxın gələcəkdə müzakirələr başlayacaq


Baxıldı : 98

Tarix : 2017-05-27 00:34:20


"Qlenkor" qızıl və mis mədəni şirkəti səhmdarlarının İsveçrədə illik toplantısı  baş tutub. İndustriALL Qlobal İtifaqı, ona üzv olan İsveçrə və Amerikanın işçi birlikləri aksiya təşkil edərək mədənlərdə çalışan işçilərin qarşılaşdıqları problemləri dilə gətiriblər. Məsələ ilə bağlı mətbuata açıqlama verən İndustriALL-ın baş katibinin müavini Kamal Özkan deyib ki, biz Kanada, Peru, Avstraliya, Kolumbiya və Konqo Demokratik Respublikasında şirkətə məxsus  mədənlərdə  rast gəlinən pozuntular barədə narahatlığımızı bildirdik və  sosial dialoq cağırışı etdik: "Şirkət əməkdaşlarının üzv olduğu həmkarlar ittifaqı təşkilarları  mədənlərdə işçilərin sağlamlığı və təhlükəsizliyi ilə bağlı çatışmazlıqları, rəhbərliyin buna biganə münasibətini  səhmdarların diqqətinə çatdırdı. 2016-cı ildə baş verən istehsalat qəzaları və nəticələri barədə şirkətin dəqiq məlumat vermədiyi bildirildi. Təklif edirik ki, problemlərin aradan qaldırılması üçün birgə müzakirələrimizi davam etdirək. Hazırda 86 nəfər şirkət çalışanı peşə xəstəliyindən əziyyət çəkir ki, "Qlenkor" bu yöndə heç bir addım atmır.

Toplantıdan sonra "Qlenkor"un baş direktoru İvan Qlasenberq həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri ilə bir araya gələrək sosial dialoqa razılıq verib. Şirkət rəhbərliyi ilə İndustriALL  arasında yaxın gələcəkdə müzakirələr başlayacaq.

Cavid SƏFƏROV