Yaxşı işlər təqdir olundu, nöqsanların aradan qaldırılması tapşırıldı


Baxıldı : 28

Tarix : 2019-06-07 14:22:22


May ayının 22-də Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (DMHİRK) Rəyasət Heyətində “ADY” QSC İnfrastruktur Departamentinin  tabeçiliyində olan Bakı, Xaçmaz, Ələt, H.Z.Tağıyev, Salyan, Saatlı, Mincivan yol sahələrində və digər müəssisələrdə  Əmək Məcəlləsinin tələblərinə, əməkhaqqı və digər müavinətlərin ödənilməsi qaydalarına riayət olunması, əməyin mühafizəsinin ümumi vəziyyəti və bu istiqamətdə rəhbərliklə həmkarlar ittifaqı komitəsinin gördüyü işlər haqqında” məsələyə baxılmışdır. Bu sahədə əldə olunan uğurlar təqdir edilmişdir, mövcud çatışmazlıqların aradan qaldırılması müəssisə rəhbərlərinə tapşırılmışdır.

***

Sərnişindaşımaları Departamenti Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin və xidmətində olan ilk təşkilatların fəaliyyəti yoxlanılmışdır. Yoxlamaların nəticələrinə Rəyasət Heyətinin iclasında baxılmış, aşkar olunan çatışmazlıqların aradan qaldırılması HİK sədrlərinə tapşırılmışdır.

***

May ayının 27-də Respublika Günü münasibətilə DMHİRK-in aparatında və tabeçiliyində olan təşkilatlarda yığıncağlar keçirilmiş, Biləcəri və Gəncə mədəniyyət evlərində dəmiryolçular üçün bayram konserti verilmişdir.