Yaxşı istirahət məhsuldar əmək deməkdir


Baxıldı : 48

Tarix : 2019-08-30 17:11:33


Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi yay mövsümü başlanandan həftəsonları ittifaq üzvlərini və onların ailə üzvlərini Quba rayonuna qısamüddətli gəzintilərə aparır. İndiyədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində, Milli Geoloji Kəşfiyyat Xidmətində və digər idarələrdə çalışan 600 nəfərədək əməkdaş bu imkandan yararlanıb. Onlar qədim Qubanın Balbulaq, Təngaltı və Daşbulaq istirahət mərkəzlərində yaddaqalan xoş günlər keçiriblər. Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Qoşqar Həmzəyev qeyd etmişdir ki, bu cür gəzintilərin keçirilməsi həmkarlar ittifaqı üzvlərinin istirahətlərinin səmərəli olması, həmçinin əmək qabiliyyətlərinin yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyır.