Yaxşı yatmaq üçün nə yemək lazımdır?


Baxıldı : 59

Tarix : 2017-10-14 03:27:39


Alimlərin apardığı araşdırmalarda 200 nəfər könüllü şəxs iştirak edib. Eksperimentin iştirakçıları həftə ərzində yatmazdan yarım saat öncə 20 qram pendir yeməli idilər. Nəticədə iştirakçıların 72%-i daha yaxşı yatdıqlarını, üçdə ikisi əvvəlindən fərqli olaraq yuxuda nə gördüklərini yadda saxladıqlarını qeyd ediblər. Tədqiqat iştirakçılarının hamısı qorxulu yuxu görmədiyini söyləyiblər.

Mütəxəssislərin fikrinə əsasən, pendirin tərkibində triptofan adlı amin turşuları var ki, bu da insanın stress vəziyyətindən çıxmasına kömək edir və yuxusunu stabilləşdirir. Lakin gecə saatlarında artıq kalori yığmaq istəmirsinizsə, yuxudan qabaq sakitləşdirici cökə çayı içə bilərsiniz.

Həmçinin bal yaxşı yuxu gətirir. 1-2 qaşıq duru bal yesəniz möhkəm yatacağınızdan əmin olun.

Azər MUSTAFAYEV