Yay imtahan sessiyası sona çatdı


Baxıldı : 235

Tarix : 2020-07-19 23:06:31


 

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında  2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb. Mövcud pandemiya şəraiti ilə bağlı onlayn formada keçirilən imtahan sessiyasında tələbələr ümumilikdə 53 fənn üzrə imtahan veriblər. Ümumlikdə Akademiyda Microsoft Teams platforması  vasitəsilə 173 onlayn qaydada şifahi imtahan keçirilmişdir. İmtahanlarda tələbələrin 99 faizi iştirak etmişdir.

Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik tam şəkildə təmin edilib, lazımi texniki tədbirlər yüksək səviyyədə tətbiq olunub. Frontal sorğu formasında keçirilən imtahanlar bitdikdən sonra tələbənin qiyməti dərhal elan olunub.
Akademiyada imtahan nəticəsindən narazı qalan tələbələrin müraciətlərinin operativ araşdırılması məqsədilə onlayn şəkildə apelyasiya təşkil edilib.
Xatırladaq ki, cari tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsində tələbələrin xeyrinə akademiya rəhbərliyi tərəfindən bir sıra qərarlar verilmişdir. Belə ki, onlayn dərslərdə iştirak etməyən tələbələr üçün imtahanlara giriş balı 34 bal, akademik borclarını ləğv etmək üçün alt qruplarda dərslərə yazılan tələbələrə imtahana giriş balı 34 bal, imtahan balı isə 17 bal hesablanmışdır. Dərslərdə iştirak edən tələbələrin imtahanlara giriş balı isə 34-50 bal arası müəyyən olunmuşdur. Eyni zamanda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə Nazirlər Kabinetinin verdiyi qərar da tələbələr tərəfindən yüksək dəyərləndirilib.

Mahmud MAHMUDOV,
Akademiyanın mütəxəssisi