“Yay məktəbi”nə 100-ə yaxın könüllü cəlb olunmuşdur


Baxıldı : 50

Tarix : 2019-08-30 17:15:03


Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün Qusar rayonunda “Yay məktəbi” təşkil edilib. Avqustun 19-da başlayan beşgünlük layihəyə Azərbaycanın müxtəlif bölgələrindən 100-ə yaxın könüllü cəlb olunub.

Yay düşərgəsində iştirak edən könüllülər Qusarda Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şəhidlər xiyabanı, Milli Qəhrəman Çingiz Qurbanovun məzarı, “Şahdağ” Turizm Mərkəzi, Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi, həmçinin Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbə, Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Yay düşərgəsində Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondu ilə əməkdaşlığı çərçivəsində universitetin 7 fəal tələbəsi də iştirak edib.

“Yay məktəbi” çərçivəsində könüllülər “Mənəvi dəyərlərin təbliği və könüllülük fəaliyyəti” mövzusunda məruzə dinləyib, intellektual, milli oyunların iştirakçısı olublar.