Yekun təhlil olundu, vəzifələr  müəyyənləşdirildi


Baxıldı : 42

Tarix : 2019-11-01 16:19:52


Oktyabrın 23-27-də İsrail İnşaat və  Meşə  İşçiləri Həmkarlar İttifaqı Birliyinin (HİSTADRUT) qurultayı olub. Təl-Əviv şəhərində baş tutan qurultaya hesabat məruzəsində ötən 5 il müddətində görülən işlər barədə danışılıb. Qeyd olunub ki, ölkə hesabat dövründə sosial-əmək sferasında bir çox problemlərlə üzləşib. Bu problemlər əsasən makroiqtisadi vəziyyətin qeyri-stabiliyi, neqativ xarici faktorlarla və digər amillərlə əlaqədar olub. Sosial-iqtisadi və digər sahələrdə yığılmış problemlərin həllində həmkarlar ittifaqının mövqeyi və iştirakı açıqlandı. Qurultayda sosial, əmək sferasında milli layihələrin reallaşdırılmasında, üçtərəfli komissiya çərçivəsində, həmkarlar ittifaqı - hökumət əməkdaşlığı qənaətbəxş sayıldı. Deyildi ki, buna baxmayaraq layiqli əmək bizdən işimizi zamanın tələbinə uyğun olaraq vaxtaşırı təkmilləşdirməyi tələb edir.

Qurultayda Azərbaycan “İnşaat-İş” Hİ-nin sədri Umud Hüseynova da söz verildi. O, yeni seçilmiş heyət üzvlərini təbrik etdi və işçilərin hüquqlarının qorunması işində onlara müvəffəqiyyətlər arzuladı.

Umud müəllim tədbir iştirakçılarını ölkəmizdə gedən inşaat-quruculuq işləri, sosial sahədə aparılan inqilabi islahatlar barədə məlumatlandırdı.

Tədbir iştirakçıları oktyabrın 25-də Yerusəlim şəhərindəki dini, tarixi abidələrlə tanış oldular.

Aliyə SƏMƏDOVA