Yelnən gələn selnən gedər\


Baxıldı : 319

Tarix : 2016-03-05 06:07:00


Novruz bayramının müjdəçisi olan çərşənbələrdən üçüncüsü yel çərşənbəsidir. Yel çərşənbəsinə el arasında \ küləkli çərşənbə\ , \ külək oyadan çərşənbə\ , \ yelli çərşənbə\ də deyilir. Qədim etiqadlarda qeyd edilib ki, torpağın altında - \ qara nehrdə\ yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel- qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü bu dörd yel birləşib dünyanı dolaşır, suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir. Yel çərşənbəsində adətən hava təmizlənir. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır. Yel çərşənbəsi ilə bağlı başqa inanclar \ yel baba\ mifik obrazı ilə toplanmışdır ki, qədimdə insanlar onu çağıraraq imdad diləmiş, adına nəğmələr qoşmuşdur. Yel ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri var. \ Yel əsib qoz tökülüb\ , \ Yelnən gələn selnən gedər\ , \ Yel apardığını qaytarmaz\ , \ Yellə dost olan yellənə-yellənə qalar\ , \ Yel bağlayanı el açar\ , \ Külək kimi hərdən bir yana əsmə\ və sair bu kimi deyimlər hələ də işlənməkdədir.Cavid SƏFƏROV