Yem və otun qiyməti artıb


Baxıldı : 361

Tarix : 2015-01-10 04:22:00


\ Bölgələrdə mal yeminin, otun qiyməti sıçrayışla artıb\ . Bunu iqtisadçı-ekspert Vahid Məhərrəmov deyib. O, bildirib ki, hətta bir sıra rayonlarda otun, küləşin satış qiyməti iki dəfədən çox artıb. İndi 1 ədəd yonca kipi 5 manata, təbii ot kipi 4 manata, küləş kipi isə 3 manata satılır. Yem məhsullarının bahalaşması maldarlıqla məşğul olan kəndliləri, fermerləri çətin durumda qoyub. Bu xərci qarşılamaq imkanı olmayan fermerlər heyvanları dəyər-dəyməzə satmaq və yaxud kəsimə vermək məcburiyyətində qalıblar. Xüsusən İsmayıllı rayonunun İvanovka kəndində vəziyyət olduqca acınacaqlıdır. Belə ki, kolxoz sədrinin dediyinə görə, yalnız küləşdən ibarət olan yem ehtiyatı təsərrüfatın tələbatını fevral ayının 15-dək ödəyəcək. Yem çatışmazlığı heyvandarlıq təsərrüfatlarında məhsuldarlığın azalmasına, mal-qaranın zəifləməsinə, heyvanlar arasında xəstəliklərin geniş yayılmasına və tələf olmasına səbəb olacaq. AZƏR