Yeni bərabərlik, məşğulluq və davamlı inkişaf xartiyası qəbul olunmalıdır


Baxıldı : 224

Tarix : 2015-01-24 05:52:00


Həmkarlar ittifaqları liderləri dünyanın bir çox ölkəsində olan qeyri-bərabər iş şəraitinə və işsizliyə düzgün qiymət verərək yeni azadlıq xartiyasının qəbuluna çağırırlar. Edilən müraciət bu günlərdə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda səslənib və iş adamlarına qısa bir zamanda sosial problemlərə münasibət bildirərək mümkün olan narazılıqların qarşısını almaq tövsiyə olunub.Forumun ilk günündə aparıcı həmkarlar ittifaqı təşkilatları Böyük Azadlıqlar Xartiyasının 800 illik yubileyinin əməkçilərin hüquqları uğrunda mübarizədə yeni bir səhifə kimi qeyd olunmasini təklif ediblər. İşəgötürənlərə isə əlavə gəlirlərin işçilərlə bölmək məsləhət bilinib. 20 milyon üzvü olan UNİ Global Union Həmkarlar İttifaqının baş katibi Piter Cenninqs qeyd edib ki, hazırda Davosda yığışan dünya siyasətinin və biznesinin liderləri sanki barıt çəlləyinin üstündə oturublar. Bu çəllək işsizlik, qeyri-bərabər iş şəraiti və sərt qənaət səbəbindən hər an partlaya bilər. Biz baş verənlərə kollektiv cavabdehlik daşıyırıq və mövcud kursu dəyişmək lazımdır. Həmkarlar ittifaqı hərəkatı olaraq məsələlərin konstruktiv həllini təklif edirik: rəqabətqabiliyyətli əməkhaqları, layiqli iş yerlərı və işçilərin iştirakı ilə bağlanmış kollektiv sazişlər. Onun mövqeyini TUC-un baş katibi Frensis O\'Qredi də dəstəkləyir və xəbərdarlıq edir ki, \ əhalinin zəngin bir faizinin getdikcə artan tamahı üzündən\ dünya transformasiya oluna bilər. \ Oxfam\ şirkətinin bu həftə dərc olunmuş hesabatına görə, 2016-cı ildə dünya əhalisinin ən zəngin 1%-i, qalan 99%-dən fərqli olaraq, böyük miqdarda maddi nemətlərə sahib olacaq. P.Cenninqs bildirib ki, baş verənlərlə bağlı bütün dünyada həyəcan var, insanlar bərabər olmayan şərait və demokratiya pozuntularına qarşı etirazlarını bildirmək üçün daha tez-tez küçələrə çıxır. Təbii ki, onların etiraz etmək hüququ var. Biz bu il Davosda demokratiyanın təməli olan Böyük Azadlıq Xartiyasının 800 illiyini qeyd edirik.Yaddan çıxarmamalıyıq ki, demokratiya çətinliklə əldə olunub və azsaylı varlı təbəqənin xeyrinə olan bərabərsizliyə görə bu nailiyyətdən imtina etməməliyik. Bizə müasir tələblərə cavab verən yeni bir azadlıq xartiyası lazımdır - bərabərlik, məşğulluq və davamlı inkişaf xartiyası. Davosda iştirak etmək hüququna malikik, iştirakçılar bizi eşidib hərəkətə keçməlidirlər. Son illər yaşanan durğunluq və varlılar ilə kasıblar arasında artan fərq səbəbindən həmkarlar ittifaqı təşkilatları Ümumdünya İqtisadi Forumunda mühüm rol oynayır.Bir çox siyasətçi, həmçinin İngiltərə Bankının başçısı Mark Karni və Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Lagard bu məsələyə münasibət bildirərək deyiblər ki, dəyişikliklər olmasa, bərabərsizlik iqtisadi artıma neqativ təsir göstərəcək.Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) 14 ölkədə keçirdiyi sorğu nəticəsində rəy bildirənlərin yalnız 50 faizi gələcək nəslin layiqli iş tapacağına inanır. 78 faiz əmindir ki, mövcud iqtisadi sistem varlı insanların mənafeyinə xidmət edir, 62 faiz isə korporativ idarəetmənin məhdudlaşdırılmasını tələb edir.BHİK-in baş katibi Şaran Barrou müasir biznes-modelin insanlara, iqtisadiyyata, stabilliyə və demokratiyaya uyğun olmadığını deyib.Dünya həmkarlar ittifaqı təşkilatları bütün insanlar üçün ədalətli əməkhaqqi və iş şəraitinin yaxşılaşdırılması barədə məsələ qaldırmalıdırlar. Biznes-liderlər məhsulları istehsal edib satmalıdır, vergiləri ödəməlidir və layiqli iş yerlərinin yaradılmasına sərmayə qoymalıdırlar.Elçin ZAKİRİ