Yeni çip insan qanının vəziyyətini izləyəcək


Baxıldı : 46

Tarix : 2018-04-14 01:40:07


San-Dieqo Kaliforniya Universitetinin alimləri insan qanının vəziyyətini izləyəcək çip yaradıblar. İxtira alkoqoldan asılı insanlara nəzarət üçün istifadə oluna bilər. Bu barədə universitetin apardığı tədqiqatda deyilir.

0,85 x 1,5 mm. qabaritli çipi adi şpris vasitəsilə dəri altına yerləşdirmək mümkün olacaq. Çipin daxilində kimyəvi reaksiyanın gedişatına görə qanda alkoqolun mövcudluğunu müəyyənləşdirməyə imkan verən alkoqoloksidaz fermenti var. Reaksiya qeydə alınan zaman çip xəstənin spirtli içki qəbul etməsini bildirən informasiyanı kompüterə göndərəcək.

Akkumulyatorun quraşdırılmadığı miniatür qurğu 970 nanovatt enerji sərf edir və daşınan qurğudan (məsələn, “ağıllı” saat) enerji toplayır (İCTnews).