Yeni üfüqlər açılır


Baxıldı : 216

Tarix : 2015-01-31 18:20:00


Respublikamızın şəhər, rayon, kənd və qəsəbələrində 2 Fevral-Gənclər Günü qeyd edilir. Belə bayram tədbirlərindən biri də MİHİ Yevlax Rayon Komitəsində keçirildi.Bayram tədbirinə rayon komitəsinin xidmət sahəsinə daxil olan təşkilatların gəncləri dəvətli idilər.Toplantını giriş sözü ilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Yevlax Rayon Komitəsinin sədri, respublikanın əməkdar mədəniyyət işçisi Zöhrə Adgözəlova açaraq gəncləri əlamətdar gün münasibətilə təbrik edərək vurğuladı: \ Əsası ulu öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasəti gənc nəslin qarşısında yeni-yeni üfüqlər açır, onlara stimul yaradır\ . Z.Adgözəlova bu gün öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirdi. Tədbirdə məruzə ilə çıxış edən Rayon Komitəsi nəzdində Gənclərlə İş üzrə Komissiyanın sədri Etibar Məmmədov 2 Fevral-Gənclər Gününün yaranması tarixinə qısa ekskurs etdi, O, həmçinin MİHİ Yevlax Rayon Komitəsinin apardığı məqsədyönlü fəaliyyət nəticəsində gənclərin xidmətlərinin qiymətləndirilməsi istiqamətində görülən işlərdən ətraflı bəhs etdi.Daha sonra komissiyaların və yerli təşkilatların sədrləri Rafiq Məmmədov, Eldəniz Mustafayev, Aida Nəbiyeva, Qarxun musiqi məktəbinin müəllimi Zülfiyyə Bayramlı söz alaraq gənclərin inkişafı, özlərini təsdiq etmələri, əmək şəraitlərinin müasir üslubda qurulması üçün çalışmalarını qeyd etdilər.YAP Yevlax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Ariz Mikayılov rayon komitəsinin gənclərə ayırdığı diqqət və qayğıdan danışdı.Toplantıda MİHİ Yevlax Rayon Komitəsinin 2015-ci ilə aid iş planı müzakirə və təsdiq edildi.Bayram tədbirində 50-yə qədər qabaqcıl gəncə rayon komitəsinin mükafatları və hədiyyələri təqdim olundu.Natiq CƏFƏROV,Kür” qəzetinin əməkdaşı