Yeni hesabatın əhəmiyyəti


Baxıldı : 59

Tarix : 2020-10-17 14:12:41



COVID-19 əksər ölkələrdə hökumətlərin əhalinin ehtiyaclarını görməməzliyə vurması səbəbindən uğursuzluqlarını ifşa etdi. BHİK-in yeni “Həqiqətən nə vacibdir? Hökumətin hesabatlılığının ölçülməsi və ümumi daxili məhsuldan (ÜDM) kənara çıxma”  adlı hesabatı vətəndaşlar və hökumətlər arasında inamı bərpa etmək, dövlət siyasətini dəyişdirmək və insanlar üçün vacib olan qlobal bir gündəliyi müəyyənləşdirir.
“Bizi parlamentlərimizdə təmsil etmək üçün seçilmiş şəxslərdən ən çox ehtiyac duyduğumuz bir zamanda laqeyd münasibət gördükdə insanlar demokratiyaya olan inamlarını itirirlər. COVID-19-dan əvvəl də hökumətlər işçilər və onların ailələri üçün uğursuz olan milli iqtisadiyyatlar idarə etmişlər. Pandemiyaya reaksiya virusun yayılmasının qarşısını almaq üçün ən böyük həmrəylik aktına çevrildiyi halda, demokratiya böhranı gələcəkdə davamlılığın bərpası və təmin edilməsi üzrə planları pozmaq üçün təhlükə yaradır “, - deyə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Şaran Barrou bildirib.
O qeyd edib ki, BHİK-in 2020-ci ilin qlobal hüquq indeksinə əsasən, 54 ölkə söz və toplaşmaq azadlığını inkar edib və ya məhdudlaşdırıb. Sorğuda iştirak edən hər üç nəfərdən biri (36%) qeyd edib ki, hökumətin onların ehtiyaclarını dinləməklə bağlı hərəkətsizliyi qəzəb və ya ümidsizlikilərinə səbəb olub. İştirak edənlərin üçdə ikisi (66%) hesab edir ki, onlar kimi insanlar dünya iqtisadiyyatına az təsir göstərirlər.
Qlobal pandemiyanın başlamasından yeddi ay sonra, təqribən 500 milyon iş yeri itirildiyi və milyardlarla insan yoxsulluğa düçar olduqda, iqtisadiyyatımızı və davamlı gələcəyimizi bərpa etmək üçün yeni bir sosial müqaviləyə ehtiyacımız olduğunu bilirik və bu müqavilə etibar əsasında qurulmalıdır.
Uzun müddətdir dövlət siyasəti ölkənin ÜDM-dən mənfəət və zərərin dar bir təyini ilə müqayisə edildi. Güclü demokratiyaların və inklüziv iqtisadiyyatın bərpası hökumətlərdən öz yanaşmalarını dəyişdirməyi tələb edəcək. Həqiqətən vacib olanı ölçmək üçün onlar öz baxışlarını genişləndirməlidirlər. Bu hesabatda biz ÜDM haqqında mifləri pozuruq və bunun iqtisadi tərəqqinin natamam göstəricisi olduğunu göstəririk.
Hesabat ÜDM-in necə böyüdüyünü göstərir:
iqtisadi artımın necə bölündüyünü anlaya bilmir;
işçilərin əməkhaqlarının və iş şəraitinin yaxşılaşdırılması işinə laqeyd yanaşır və aşağımaaşlı, qeyri-formal və qeyri-rəsmi məşğulluğun iqtisadiyyata təsirini dərk etmir və işçilərin və bütövlükdə cəmiyyətin rifahı barədə məlumat toplaya bilmir.
    Fövqəladə iqlim vəziyyətinə reaksiya verən siyasi tədbirlər istehsal və istehlakın cari iqtisadi modelini ölçən ÜDM-lə məhdudlaşdı.
Yeni hesabata hökumətlərin özlərinə inamı bərpa edə biləcəyi altı göstərici  əksini tapmışdır. Bu göstəricilər ÜDM-dən kənara çıxarkən ədalətli bir dünya təmin etmək üçün hökumətlərə təqdim etməli olduğumuz standartlardır:
Hər kəs üçün işləyən bir iqtisadiyyat.
Layiqli həyat üçün yaşayış səviyyəsi.
Ədalətli vergitutma ilə universal sosial müdafiə və keyfiyyətli dövlət xidmətləri.
Davamlı ətraf mühit.
Demokratik hüquq və azadlıqlar.