Yeni ili tələbələr birlikdə qeyd etdilər


Baxıldı : 81

Tarix : 2019-01-07 05:10:26


Dekabrın 27-də Bakı Biznes Mərkəzində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsi tərəfindən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ali məktəb tələbələri üçün bayram tədbiri keçirilmişdir.

Tədbiri TİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə açdı. O, tələbələrə Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin təbriklərini çatdırdı. Bu əlamətdar günün tarixinə qısa nəzər saldı. Dedi ki, Azərbaycanda gənclər siyasətinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Onun ölkəyə rəhbərlik etdiyi illərdə Gənclər və İdman Nazirliyi yaradılıb, gənclərin ümumrespublika forumları keçirilib, gənclərlə bağlı dövlət proqramları qəbul olunaraq icra edilib. 1996-cı ildə Şərqi Avropa və MDB ölkələri məkanında ilkin olaraq Azərbaycanda 2 Fevral Gənclər Günü kimi təsdiq olunub.

M.Cəfərzadə əlavə edib ki, ulu öndərin Azərbaycan gəncliyinin inkişafı ilə bağlı başlamış olduğu işi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. M.Cəfərzadə gənclər siyasətinin həyata keçirilməsində Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da xidmətlərini xüsusi qeyd etdi.

Sözünə davam edərək dedi ki, TİAHİ Respublika Komitəsi də gənclərlə bağlı həyata keçirilən dövlət siyasətinin fəal iştirakçılarındandır. 2018-ci il bu baxımdan yaddaqalan olub. “Gənclərlə birlikdə çox sayda tədbirlər hazırlayıb reallaşdırmışıq. Tədbirlərin əsas məqsədi ondan ibarət olub ki, gənclərimiz dövlətimiz tərəfindən onlar üçün yaradılan imkanlardan maksimum yararlansınlar. Mükəmməl biliklərə yiyələnsinlər.

Tədbir müxtəlif viktorinalar, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən ibarət özfəaliyyət dərnəyinin maraqlı konsert proqramı ilə davam etdirilib.