Yeni kapsul


Baxıldı : 171

Tarix : 2017-03-15 23:25:32


Kaliforniya Universitetinin alimləri (ABŞ, Berkli) peyvəndi orqanizmə iynəsiz və ağrısız yeritməyə imkan verən qurğu hazırlayıblar.  Lazımlı preparatlar orqanizmə həb böyüklükdə "MucoJet" qurğusunun köməyi ilə yeridiləcək. Miniatür kapsul yanağın daxili hissəsinin selikli qatını deşərək, preparatı orqanizmə daxil edir. Qurğu müəlliflərinin sözlərinə görə, bu, tamamilə ağrısız prosesdir.

Yeni qurğu artıq donuz və ev dovşanları üzərində sınaqdan keçirilib. Sınağın nəticələri yeni üsulun inyeksiyalı peyvənddən üstün olduğunu göstərib.

Azər MUSTAFAYEV