Yeni Mərkəz koordinasiya edəcək


Baxıldı : 151

Tarix : 2016-04-22 04:38:00


Dövlət başçısının imzaladığı müvafiq fərmana əsasən, Azərbaycanda yeni qurum - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb. Mərkəz ölkədə aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə bir sıra mühüm işləri həyata keçirəcək. Belə ki, mövcud qlobal iqtisadi şərait aparılan iqtisadi islahatları daha da genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini, sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə və bu sahədə təşviqat və ictimai iştirakçılıq sistemlərinin tətbiqi, digər məsələlər yeni qurumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edəcək.İqtisadçı Ruslan Atakişiyev hesab edir ki, hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir. Bu məqsədlə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə koordinasiya olunmuş fəaliyyətə ehtiyac var. Yeni yaradılan mərkəz milli iqtisadiyyatın yeni inkişaf ssenarilərini hazırlamaq, iqtisadiyyatın prioritet sahələrinin modernləşməsi və onun effektivliyinin, uzunmüddətli dayanıqlılığının təmin edilməsi üçün şəraitin yaradılması, investisiya mühitinin daha da yaxşılaşdırılması, mövcud iqtisadi reallıqlar əsasında iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərini müəyyən etmək sahəsində səmərəli fəaliyyət göstərəcək. Eyni zamanda ölkənin milli inkişaf modelinin müəyyən edilməsi, sahibkarlığın, regionların inkişafını təmin edən proqramların, yeni dövlət proqramları və tədbirlərinin hazırlanması sahəsində də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rolu mühüm əhəmiyyət kəsb edəcək.ELBRUS