“Yeni proqram - Yeni hədəflər”


Baxıldı : 111

Tarix : 2017-09-30 00:04:26


Sentyabrın 26-da Bakı Dövlət Universitetində (BDU) "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələrə həsr olunmuş "Yeni proqram - Yeni hədəflər" adlı konfrans keçirilib. Konfransı giriş sözü ilə açan BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Daşqın Qənbərov Dövlət Proqramını ölkə başçısının Azərbaycan gəncliyinə ayırdığı diqqət və qayğının baris nümunəsi kimi dəyərləndirib. Bu sənədin məqsədi və vəzifələrini geniş və hərtərəfli şərh edib. Bildirib ki, Proqramda  cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına, yaradıcı və innovativ potensialının üzə çıxarılmasına, sağlamlığının qorunmasına, təhsilinə, məşğulluğuna  və sair məsələlərə dair bölmələr yer almışdır.

Sonra Dövlət Proqramının ayrı-ayrı bölmələri barədə universitetin idman kafedrasının müdiri Akif Atakişiyev, tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin magistrantı Etibar Əhmədov danışdılar. Gənclərimizi  proqramın verdiyi imkanlardan səmərəli yararlanmağa çağırdılar.

Konfrans tələbələrin suallarının cavablandırılması ilə sona çatdı.

 

 

Azər MUSTAFAYEV