Yeni qanun layihəsi müzakirə edildi


Baxıldı : 159

Tarix : 2018-01-26 20:46:30


Yanvarın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçirilən iclasında yeni hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

8 fəsil 40 maddədən ibarət olan qanun layihəsində inklüziv təhsilin (əlilliyi olan şəxslərin təhsil müəssisələrində digərləri ilə birgə təhsil alması), əlilliyi olan şəxslərin reabilitasiyası (onların mövcud potensialını maksimum inkişaf etdirməklə sərbəst yaşaması), əlillərlə bağlı yeni dövlət proqramının hazırlanması, əlilliyi olan şəxslərin dövlət təşkilatlarında işlə təminatı üçün kvotaların ayrılması və sair məsələlər yer alıb.

Layihə müzakirə olunduqdan sonra komitə sədri Hadi Rəcəbli bildirib ki, bu, ilk oxunuş-konseptual oxunuşdur və üzərində müəyyən işlər görüləcək.

Layihə fevralın 13-dək işlənməsi üçün yenidən müvafiq şöbəyə qaytarılıb.