Yeni razılaşma əldə edilməlidir


Baxıldı : 241

Tarix : 2015-02-07 13:52:00


Çexiya Hava Yollarının (CSA) ölkənin uçuş heyəti həmkarlar ittifaqı tərəfindən məhkəməyə veriləcəyi bildirilir. Səbəb personalın əməkhaqlarının 40 faizədək azaldılmasıdır.Həmkarlar ittifaqından şirkətin davranışına hiddətlənərək bildiriblər ki, ötən ilin payızında bir sıra tətillərdən sonra CSA ilə işçilərin nümayəndələri arasında razılaşma əldə edilmişdir. Razılaşmaya əsasən, şirkətin ixtisar aparacağı, əməkhaqlarının isə sabit saxlanacağı gözlənilirdi. Həmçinin həmkarlar ittifaqı əməkhaqlarının qeyri-bərabər azalmasını da tənqid edib. Personalın bir hissəsinin maaşının üçdə birini, digərlərinin isə yalnız bir neçə faizini itirəcəyi bildirilir.Elçin ZAKİRİ