Yeni robot nümayiş etdirilib


Baxıldı : 286

Tarix : 2018-01-12 22:21:33


Tayvan Sənaye Texnologiyaları Tədqiqat İnstitutunun (İTRİ) mühəndisləri tərəfindən Las-Veqasda keçirilən “CES” sərgisində təqdim edilmiş robot “Skrabl” adlı masaüstü oyunu müvəffəqiyyətlə oynayır.

Robotun yaradıcıları İTRİ texnologiyalarının süni intellekt sahəsində səviyyəsini nümayiş etdirməyə dair qərar veriblər. İnsanabənzər robot ona müxtəlif obyektləri tanımağa imkan verən maşın görmə sistemi ilə təchiz edilib. Robotun iki manipulyatoru kubiki götürərək onu oyun xanasına dəqiq yerləşdirmək qabiliyyətinə malikdir.

Bundan başqa, İTRİ robotu oyun qaydalarını və daha çox xal toplamağa imkan verən qələbə strategiyalarını bilir, həmçinin geniş söz ehtiyatına malikdir.

 Azər MUSTAFAYEV