Yeni saziş imzalandı


Baxıldı : 179

Tarix : 2017-12-27 18:41:59


Dekabrın 21-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Gənclər və İdman Nazirliyi arasında 2017-2019-cu illər üçün tarif sazişi imzalanıb. İmzalanma mərasimində çıxış edən Respublika Komitəsinin sədri Cəmilə Səttarova bildirmişdir ki, sazişin layihəsi hazırlanarkən biz son illərdə normativ-hüquqi aktlara edilmiş əlavə və dəyişiklikləri, iqtisadiyyatımızda baş verən inkişafı, eləcə də real vəziyyəti və tərəfdaş müəssisələrin imkanlarını nəzərə almışıq. Layihədə bölmələr, maddələr dəqiqliklə, diskussiyalar şəraitində müzakirə edilmiş, nəhayət, ümumi rəyə gəlmişik. Yaxşı haldır ki, bizimlə bərabər cənab nazir Azad Rəhimovun tapşırığı ilə nazirliyin təmsilçiləri də layihədə işçilərin maraqlarının daha çox ifadə edilməsinə səy göstərdilər. Cəmilə xanım dedi ki, Saziş digər tərəfdaşlarımızla bağladığımız sazişlərdən bir çox cəhətlərinə görə fərqlənir. Adından da göründüyü kimi nazirlik gənclərin əmək fəaliyyətinin təminatçısı, təşkilatçısıdır. Gənclərin böyük hissəsi isə xanımlardır. Ona görə də sazişdə gənclər və gender məsələləri daha geniş şəkildə əksini tapıb. Hər bir gəncin, xanımın potensialının üzə çıxarılması, şəxsi həyatını müasir tələblər səviyyəsində qurması başlıca hədəf kimi götürülüb. Gənclər və İdman naziri Azad Rəhimov həmkarlar ittifaqının cəmiyyətimizdə, eləcə də nazirliyin fəaliyyətində əhəmiyyətli yer tutduğunu söylədi. Bu təşkilat nazirliyin sistemində olan çoxminli müəllim, məşqçi və sair peşə sahiblərinin rahat çalışması üçün əlindən gələni əsirgəmir. Onların hər birinin sosial problemlərinin həllini operativ reallaşdırmağa nail olur, əmək hüquqlarını cəsarətlə qoruyur. Bu da nəticədə Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsinə, idman sahəsində qələbələrimizin ildən-ilə artmasına təkan verir. Tədbirin sonunda C.Səttarova A.Rəhimova MİHİ Respublika Komitəsinin 110 illiyi münasibətilə təsis olunmuş yubiley döş nişanını təqdim etdi.