Yeni sedan modeli təqdim edilib


Baxıldı : 86

Tarix : 2017-04-21 23:22:04


“Mercedes” şirkətinin yeni “A-Class" modeli almanların dizayn və üslubunu bir daha gözlər önünə çəkib.

Avtomobilin dizaynı idman üslubundadır. Amma bununla belə, klassikanın da çalarları nəzərə çarpmaqdadır. Bu isə müxtəlif zövqlərə malik alıcılar üçün əla model sayılacaq.

Şirkətin rəsmiləri “A-Class" modelinin texniki göstəriciləri barədə heç bir məlumat vermirlər. Yeni sedanın konsept yox, seriya nümunəsi gələn il baş tutacaq.

Azər Mustafayev