Yeni sədr seçildi


Baxıldı : 81

Tarix : 2020-03-06 17:31:35


Fevralın 29-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının növbədənkənar XVIII konfransı keçirilmişdir. Konfransda təşkilati məsələyə baxılmış, Anar Adil oğlu İbrahimov  Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsinə seçilmiş, Həmkarlar İttifaqları Şurasının Məclis üzvləri təsdiq olunmuşdur.

Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov iştirak etmişdir.