Yeni sədr seçilib


Baxıldı : 139

Tarix : 2019-12-27 16:44:57


Tea Jark Avropa Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Gənclər Komitəsinin sədri seçilib. Eyni zamanda Gənclər Komitəsi tərəfindən siyasi qərarları həyata keçirəcək büronun və idarəetmə orqanın üzvləri də səsvermə yolu ilə müəyyən edilib.

“Keçmişdə mübarizə nəticəsində əldə edilmiş bir çox hüquqlar bu gün yeni iş formaları adı altında yox olur”, - deyə Tea Jark vurğulayıb. Gələcəkdə əmək dünyasında biz gənclər üçün layiqli işi, onların əmək və sosial hüquqlarının qorunmasını təmin etməliyik. İmkan və hüquqlarımızı genişləndirməliyik, qeyri-formal işlə təmin olunmuş gəncləri həmkarlar ittifaqı hərəkatına daxil etməliyik ki, birlikdə mübarizə apara bilək.

Tea Jarkın  32 yaşı var və 2018-ci ildən etibarən AHİK  Gənclər Komitəsinin üzvüdür.  O, Sloveniyadandır, 2017-ci ildən Sloveniya Azad Həmkarlar İttifaqları Birliyinin Gənclər Şurasının prezidentidir.

Sosial hüquqların Avropa dayağı sosial Avropanın qurulması üçün vacib istiqamət olsa da, o, yalnız göstərici olaraq qalmamalıdır. Onu daha da inkişaf etdirmək və Avropa səviyyəsində saxlamaq və milli səviyyədə həyata keçirmək lazımdır ki, həmkarlar ittifaqları hamı üçün sosial və əmək hüquqlarının təmin edilməsi məqsədi ilə fəaliyyət göstərsin.

Tea Jark (Sloveniya, Yoşa Vaqner (Almaniya), Adriana Çiacaru (Rumıniya), Asa Strom (İsveç), Xloya Burginyon (Fransa), Plamena Parteniotis (Bolqarıstan) və Nicoletta Merlo (İtaliya) AHİK  Gənclər Komitəsi  Bürosunun yeni üzvləridir.