Yeni sədrin namizədliyi yekdilliklə dəstəkləndi


Baxıldı : 44

Tarix : 2019-03-04 04:38:15


“Binəqədi Yük Avtonəqliyyat” Açıq Səhmdar Cəmiyyəti (ASC) Həmkarlar İttifaqı Komitəsinin yığıncağı olmuşdur. Yığıncaqda ASC-nin direktoru Elçin Mirzəyev çıxış etmişdir. O, tədbir iştirakçılarını rəhbəri olduğu qurumun fəaliyyəti barədə məlumatlandırmışdır. Bildirmişdir ki, həmkarlar ittifaqı təsərrüfatımızın ayrılmaz, fəal tərkib hissəsidir. Təsərrüfatımızın təkmilləşməsində, inkişafında onun da böyük əməyi var. Bu da səbəbsiz deyil. Çünki iqtisadi göstəricilərimizin yüksəlməsi həmkarlar ittifaqı üzvü olan işçilərimizin rifah halının daha da yaxşılaşması deməkdir.

Tədbirdə çıxış edən “Xidmət-İş” Hİ Federasiyasının Səbail Rayon Komitəsinin sədri Tofiq Qədimov demişdir ki, ASC-nin uğurlarında həmkarlar ittifaqı təşkilatı da maraqlıdır. Təşkilatımızın əsas missiyalarından biri də müəssisələrin daha çox gəlir əldə etməsi üçün işçilərin qüvvələrini səfərbər etməkdir.

Müəssisə rəhbərlərindən tələbimiz o olu

r ki, qazanılan gəlirlər ədalətlə bölünsün. İşçilər bu gəlirlərdən faydalansınlar, sosial problemlərini həll edə bilsinlər. İstirahətlərinə vaxt və vəsait ayrılsın.

T.Qədimov Federasiyanın sadalanan bu məsələlərlə bağlı həyata keçirdiyi tədbirlərdən də danışdı.

Digər çıxışlar da dinlənildi. Sonra təşkilati məsələyə baxıldı. ASC-nin HİK sədri vəzifəsinə Elçin Səlimovun namizədliyi irəli sürüldü. Cəmiyyətin sədri, aparat işçiləri, iclasın digər iştirakçıları yekdilliklə onun namizədliyini dəstəklədilər.

Dedilər ki, E.Səlimov həm kollektivin içində, həm də rəhbərlikdə nüfuz sahibidir. Təşkilatçılıq səriştəsi də təqdirəlayiqdir.