Yeni strategiya hazırlanır


Baxıldı : 242

Tarix : 2015-10-23 02:28:00


Azərbaycan hökuməti iqtisadiyyata xarici sərmayə qoyuluşlarının daha da artırılması, xüsusilə də regionlardakı qeyri-neft sahələrinə investisiyaların yönəldilməsi məqsədilə strateji plan hazırlayır. İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycanda yaradılmış əlverişli biznes mühiti 2015-ci ilin ötən 9 ayı ərzində ölkə iqtisadiyyatına 16 milyard manat sərmayə qoyulub ki, onun da böyük hissəsini xarici investisiyalar təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici sərmayələrin həcmi 20%-dən çox artıb. Sərmayələr sənaye, energetika, mədənçıxarma, istehsal və emal, nəqliyyat, tikinti, rabitə, turizm sahələrinin inkişafına yönəldilib.S.Həsənova qeyd edib ki, rayonlarda zavod, fabrik və müəssisələrə xarici investisiyaların cəlb olunması üçün müxtəlif stimullaşdırıcı addımların atılması nəzərdə tutulur. Bu məqsədlə müvafiq iqtisadi qurumların, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, ölkəmizdə fəaliyyət göstərən şirkətlərin təklifləri əsasında sərmayələrin təşviqinə dair layihə hazırlanacaq. Layihənin başlıca istiqamətləri sərmayə axınını stimullaşdırmaq üçün ölkəmizdə daxili bazarın qorunması, idxal-ixrac əməliyyatlarının asanlaşdırılması və dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında \ bir pəncərə\ prinsipinin təkmilləşdirilməsindən ibarətdir.ELBRUS