Yeni tədris ili başlanır


Baxıldı : 85

Tarix : 2018-09-15 02:55:33


2018-2019-cu tədris ilində 1-ci sinfə 165780 şagirdin qəbulu proqnozlaşdırılır. Ümumtəhsil müəssisələrində ümumilikdə 1 592 317 şagirdin təhsil alacağı nəzərdə tutulur.

***

 Hazırda ölkənin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. Bu il respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə, Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla, 193 obyektdə müvafiq işlər aparılır.

 Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yeni dərs ilinə 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.