Yenidənqurma adı altında kütləvi ixtisarlar


Baxıldı : 230

Tarix : 2015-03-06 02:22:00


Böyük Britaniyanın ən böyük banklarından biri olan \ Royal Bank of Scotland\ (RBS) investisiya-kommersiya şöbəsinin işçi heyətinin 80 faizini, təxminən 14000 əməkdaşını 2019-cu ilədək ixtisar etməyi planlaşdırır. Bu barədə KİV-ə bankda çalışan etibarlı mənbə məlumat verib.Bildirilir ki, 18 min əməkdaşı olan şöbənin hər beş işçisindən dördü ixtisar ediləcək və bunların bir çoxu ABŞ və Asiya ölkələrində bankın filiallarında çalışan insanlardır. İşçilərin azaldılması bankın yenidənqurma işlərinin və \ Project Brown\ adlı layihənin tərkib hissəsidir.Bankın səlahiyyətli nümayəndələri olaya münasibət bildirməkdən imtina ediblər. Həmkarlar ittifaqı təşkilatları etiraz edərək kütləvi ixtisarların əleyhinə olduqlarını və prosesə ciddi nəzarət edəcəklərini bildiriblər.Qeyd edək ki, ötən həftə Çin, İndoneziya, Malayziya, Hindistan və Tayland kimi ölkələrdə bank öz fəaliyyətini qismən və ya tamam dayandıracağı barədə məlumat yayıb.Elçin ZAKİRİ