Yenidən islahatların aparılması düzgün addım deyil


Baxıldı : 99

Tarix : 2017-01-06 22:15:20


"Prospekt", "Unite", "GMB"  həmkarlar təşkilatları və "ASLEF"  Nüvə Enerjisi Sənayesi Birliyi yanvarın 9-da  hökumətin nüvə elektrik stansiyalarında çalışanların pensiya məsələsi ilə bağlı planlarını müzakirə etmək üçün Londonda bir araya gələcək. Böyük Britaniyada nüvə elektrik stansiyalarında 16 min insan çalışır. Hökumət  bu sahədə çalışanlar üçün ayrılmış pensiya fondundan əlavə dəyər vergisinin tutulmasını planlaşdırır. Bu isə il ərzində 660 milyon funt-sterlinqin pensiya fondundan dövlət büdcəsinə əlavə edilməsi deməkdir. 

"Unite" Həmkarlar İttifaqının məsul şəxsi Kevin Coyn məsələ ilə bağlı bildirib ki,  maaşlarının azaldılmasına qarşı mübarizə aparan işçiləri və təşkilatları dəstəkləyir. Pensiya tarifləri 2008-ci ildə qəbul olunan qərar əsasında hesablanır və bu sistem davam etdirilməlidir.

"GMB" Həmkarlar İttifaqının Nüvə Sektoru üzrə katibi Castin Bouden deyib ki, ölkədəki nüvə enerjisi sənayesi 1990-cı ildən özəlləşdirilib və 10 il öncə bu sahədə çalışanların maaş-pensiya sistemində son dəyişiklik edilib.Yenidən islahatların aparılması məqbul deyil.

"Prospect" Həmkarlar İttifaqının baş katibi Dai Hudd vurğulayıb ki, üzvlərimiz bu sahədə çalışan ən yüksəkixtisaslı mütəxəssislərdir: "Onların pensiya sistemi ağır iş şəraitinə əsasən hesablanıb. Hər hansı dəyişiklik  enerji sektoruna diqqəti azaldacaq və gələcəkdə mütəxəssis problemləri ortaya çıxacaq".

Məsələyə münasibət bildirən bir sıra ictimai təşkilatların  nümayəndələri qeyd ediblər ki,  təqaüdə vergi sistemi tətbiq olunarsa, bu sahədə tətillər və işdən imtina halları çoxalacaq.

 Cavid  SƏFƏROV