Yenidən sədr seçildi


Baxıldı : 40

Tarix : 2018-11-03 05:00:05


Gürcüstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının növbəti qurultayı keçirilib. Qurultayda təhsil üzrə beynəlxalq qurumlardan və xarici ölkələrdən həmkarlar ittifaqı mərkəzlərinin məsul işçiləri dəvət olunmuşdu. Azərbaycanı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edirdi.

Tədbirdə Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili, Beynəlxalq Təhsil Birliyinin Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Birliyinin prezidenti Kristina Blover, direktoru Suzan Floken, Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının sədri İrakli Petriaşvili giriş sözü söylədilər.

Sonra Gürcüstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Maya Kobakidzenin və təşkilatın təftiş komitəsinin hesabatı dinlənildi. Hər iki hesabat qurultay nümayəndələri tərəfindən müsbət qiymətləndirildi.

Sonda təşkilatın seçkili orqanları yenidən formalaşdırıldı. Maya Kobakidze növbəti müddətə Gürcüstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri seçildi.

Bəyalı RZAYEV