Yenilənmiş yollar istifadəyə veriləcək


Baxıldı : 218

Tarix : 2015-11-13 03:32:00


Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il Bakıda keçiriləcək Formula 1” Avropa Qran-Prisi ilə bağlı paytaxtın mərkəzi küçələrində tikinti işlərinin aparılması və hərəkətin məhdudlaşdırılması ilə əlaqədar mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.Bakı Şəhər Halqası (Baku City Circuit) şirkətindən verilən məlumata görə, şirkət tikintiyə bağlanacaq yollarda təmir-tikinti işlərinin əhalinin məişətinə və yol hərəkətinə təsirini minimuma endirmək üçün xüsusi plan tərtib edib və onun həyata keçirilməsi üçün aidiyyəti olan dövlət qurumları ilə sıx əməkdaşlıq edir.Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) ilə əməkdaşlıq edən Bakı Şəhər Halqası 2016-cı ildə müvafiq küçə və prospektlər üzrə yolların bağlanması haqqında məlumatı öncədən insanlara çatdıracağını bəyan edir.Formula 1” standartına cavab verən yenilənmiş yollar Qran-Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.Günel RAFAYILQIZI