Yeniyetmələr qələbə ilə başladılar


Baxıldı : 287

Tarix : 2018-02-24 01:12:15


Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib.

Yeniyetmələrin yarışında klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 2001-2002-ci il təvəllüdlü, gənclərin yarışında isə 1998-2000-ci il təvəllüdlü idmançılar mübarizə aparıb. Yarışın ikinci günündə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq. çəki dərəcələrində sərbəst güləş üzrə 222 pəhləvan mübarizə aparıb.

Çempionatda “Zenit” İdman Cəmiyyətinin yetirmələri də uğurla çıxış edir. Yeniyetmələrin qarşılaşmasında cəmiyyətin güləşçiləri ümumilikdə 6 medal qazanıblar. Əlihəsən Əmirli (48 kq.) və Turan Bayramov (65 kq.) öz çəki dərəcələrində bütün rəqiblərini məğlub edib və qızıl medala layiq görülüblər. Azər Əhmədov (55 kq.), Elnur Rüstəmov (45 kq.), Elvin Dünyamalıoğlu (71 kq.) və Sənan Hümbətov (51 kq.) bürünc medal uğrunda görüşlərdə  qalib gəliblər. İzzət Cəfərov (51 kq.) medalçıların sırasına düşə bilməyib, o, beşinci yeri tutub. Yetirmələrinin uğur qazanmasında məşqçi-müəllimlər Cavid Qurbanzadə, Amil Abdullayev və Fəxrəddin Nuriyevin də rolunu qeyd etmək lazımdır.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla  təltif olunmaqla yanaşı, yığma komandanın heyətinə cəlb olunurlar.

Azər MUSTAFAYEV