Yerli məhsullarla bağlı problemlər var


Baxıldı : 175

Tarix : 2016-07-08 03:19:00


Bakı Biznes Mərkəzində \ Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi\ nin başlıca istiqamətləri çərçivəsində \ Sənayeləşmə və innovativ inkişaf\ mövzusunda ictimai müzakirə keçirilib.Müzakirədə Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov qeyd edib ki, \ Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi\ nin hazırlanması məqsədilə 8 əsas sektor, 3 köməkçi sektor olmaqla ümumilikdə 11 sektor üzrə beynəlxalq təcrübə öyrənilib: \ Biz strateji yol xəritəsinin hazırlanması ilə bağlı ikinci mərhələyə qədəm qoymuşuq. İkinci mərhələdə beynəlxalq təcrübədən qaynaqlanaraq 11 sektor üzrə Azərbaycanda görülməli olan layihələrlə bağlı tədbirlər planı hazırlanacaq. Strateji yol xəritəsində sənayenin inkişafına xüsusi diqqət verilib. Sənayenin 3 istiqaməti üzrə, yəni neft-qaz, kimya sənayesinin, ağır maşınqayırma sektorunun, eləcə də kiçik və orta sahibkarlığın inkişaf istiqamətində sənayenin inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulub\ .E. Mikayılov əlavə edib ki, Azərbaycanda sənayenin inkişafı ilə bağlı əhəmiyyətli tədbirlər görülüb. Bununla belə, o, bəzi problemlərin olduğunu qeyd edib:\ Azərbaycanda istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyi ilə bağlı problemlər var. Ölkədə rəqabətqabiliyyətliliyi artırmaq üçün istehsalda innovasiyaların tətbiqinə, innovasiya dəyər zəncirinin geniş təhlilinə, texnoloji transferə xüsusi diqqətin artırılmasına ehtiyac var. Bununla bağlı İqtisadiyyat Nazirliyi tərəfindən çox ciddi addımlar görülür. Sənaye parkları yaradılır, bu istiqamətdə platforma formalaşır. İkinci ən mühüm məsələ ölkədə istehsal olunan məhsulların beynəlxalq standartlara cavab verməsidir. Əksər məhsulların beynəlxalq standartlara cavab verməməsi bu sahədə ciddi islahatların aparılmasını zəruri edir. Bu baxımdan milli standartlar beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Üçüncüsü, əhəmiyyətli xarici investisiyaların yatırılması üçün idarəetmədə bilik və bacarıqların artırılması mühüm əhəmiyyət kəsb edir\ .Cavid SƏFƏROV