Yoxa çıxmış qitə tapılıb


Baxıldı : 139

Tarix : 2017-02-04 00:34:40


Alimlər Şərqi Afrikadakı ada ölkəsi Mauritiusun yerləşdiyi ərazidə üç milyard il əvvəl bir qitənin olduğunu müəyyən ediblər. Norveç, Cənubi Afrika Respublikası, Almaniya və İngiltərədən olan alimlər 2013-ci ildə Hind okeanının platformasında 50-80 milyon il əvvələ aid olan və təxminən 25-30 kilometr qalınlığında bir quru kütləsi aşkar etmişdi. Alimlər qitələrin bir-birindən ayrılması prosesi zamanı nəhəng dalğaların altında qalaraq okeanın dərinliklərində "dəfn" edildiyi hesab olunan itkin qitəyə "Mauritia" adını vermişdilər.

Təxminən 1 milyard il əvvəl "Rodinya" adı verilən tək bir qitənin olduğuna diqqət çəkən alimlər daha sonra super qitənin hissələrə ayrıldığını bildirirlər.

Azər MUSTAFAYEV