Yoxlamalar nə göstərdi?


Baxıldı : 37

Tarix : 2019-09-27 17:42:03


Sentyabrın 20-də Lənkəran şəhərində Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sahə müəssisələrində əməyin mühafizəsinin vəziyyətinə həsr olunmuş zona seminar-müşavirə təşkil olunmuşdur. Seminarda çıxış edən Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehtiyev demişdir ki, tərəfimizdən gündəlikdə duran məsələ ilə əlaqədar Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran rayon komitələrinin xidmətinə daxil olan müəssisə və təşkilatlarda baxış keçirilmişdir.

Məlum olmuşdur ki, son dövrlərdə bu rayonlarda fəaliyyət göstərən müəssisə və təşkilatlar üçün yeni inzibati binalar tikilmiş, mövcud binalar əsaslı təmir edilmişdir. Lakin bəzi təşkilatlar təmirsizdir. Qızdırılma sistemi yoxdur.

Ə.Mehtiyev əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edilməsinin vəziyyəti barədə də məlumat verdi.

Minimum əməkhaqqının sentyabrın 1-dən artırılması ilə əlaqədar danışarkən dedi: dövlətimizin həyata keçirdiyi bu sosial islahat sahə işçilərinin də həyat və güzəranının daha da yaxşılaşdırılmasına sanballı kömək göstərəcək.

Sonra Respublika Komitəsinin baş texniki əmək müfəttişi Valeh Nağıyev “İstehsalatda bədbəxt hadisələr və onların aradan qaldırılması yolları” mövzusunda çıxış etdi.

Dövlət Əmək Müfəttişliyinin 9 saylı bölgə üzrə müfəttişliyinin rəisi Etibar Vəliyev isə əməyin mühafizəsi üzrə bu qanun və qərarlar barədə danışdı və onların qısa şərhini verdi.