Yubiley tədbiri qeyd olundu


Baxıldı : 61

Tarix : 2018-11-23 21:44:08


“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avtomobil yolları tikintisini infrastruktur layihələr sırasında ən mühüm məsələlərdən biri kimi dəyərləndirir. Çıxışlarından birində söyləyib: “Avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir. Bu həm iqtisadi, həm sosial sahədir. Rahat, hamar yollar insanlara rahatlıq gətirir. Eyni zamanda yol olmadan bölgələr inkişaf edə bilməz, nə turizm, nə də sənaye istehsalı inkişaf edə bilər, kənd təsərrüfatının inkişafı üçün də problemlər yaranar”.

Cənab İlham Əliyevdən gətirilmiş bu sitatı Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Etibar Əliyev Azərbaycan avtomobil yollarının yaranmasının 100-cü ildönümünə həsr olunmuş yığıncaqda çıxışında demişdir. O bildirmişdir ki, Respublika Prezidenti cənab İlham Əliyevin bu ilin yanvar ayının 10-da imzaladığı sərəncamla 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuşdur. Həm cümhuriyyətin, həm də cümhuriyyət dövründə təsis olunmuş dövlət qurumlarının yubiley illəri təntənə ilə qeyd edilir. Belə təsisatlardan biri də “Yollar, Poçt və Teleqraf Nazirliyi olub. Nazirliyin xələfi - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu gün yol tikintisi infrastrukturunun müasirləşdirilməsi sahəsində uğurla fəaliyyət göstərir. Agentliyin rəhbərliyinin, fədakar işçilərinin xidməti sayəsində avtomobil yolları şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib. Yol örtüyünün keyfiyyəti müasir dünya standartlarına uyğunlaşdırılıb. Yollara xidmət səviyyəsi yüksəlib, təvazökarlıqdan kənar olsa da deyim ki, Agentliyin uğurlarında həmkarlar ittifaqlarının da əməyi böyükdür. Biz işçilərin əməyinin layiqincə dəyərləndirilməsi, sosial tələblərinin ödənilməsi, iş şəraiti, texniki təhlükəsizliyi və sair istiqamətində mütəmadi işlər görürük. İşçilərin istirahətinin qayğısına qalırıq.

Müayinəyə ehtiyacı olanları sanatoriyalara güzəştli yollayışla təmin edirik. Sahənin inkişafı naminə imkanlarımızı əsirgəmirik.

Tədbirdə 25 nəfər sahə həmkarlar ittifaqı lideri və fəalına Respublika Komitəsinin Fəxri Fərmanı və pul mükafatı təqdim olunmuşdur.

Sonda yığıncaq iştirakçıları adından yubiley ili münasibətilə Agentliyin rəhbərliyinə təbrik məktubu göndərilməsi qərara alındı.