Yubileyə həsr olunmuş toplantı


Baxıldı : 27

Tarix : 2017-11-10 22:18:04


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 50 illik yubileyi ilə bağlı Dəmiryolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində toplantı keçirilib.

Toplantını giriş sözü ilə açan Mərkəzin direktoru Həsən Bayramov nəqliyyat sektorunda həyata keçirilən iri layihələrdən danışıb. Deyib ki, bu layihələr iqtisadiyyatımızın inkişafına köklü təsir göstərməklə bərabər ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.

QSC-nin Təlim-Tədris Mərkəzinin rəis müavini Rizvan Bayramov çıxışında Bakı metropolitenində mövcud vəziyyət barədə məlumat verib. Diqqətə çatdırıb ki, bu gün Bakı metropoliteni stansiyalarda yaradılmış səliqə-sahmana, təmizliyə, vaqon parkının müasirliyinə, maddi-texniki təchizata və digər göstəricilərə görə həm MDB məkanında, həm də Avropada öncül yerlərdən birini tutur.

Bakının artıq turist şəhərinə çevril

diyini nəzərə alaraq stansiyalarda 3 dildə informasiya sorğu qovşağı quraşdırılıb.

Digər çıxışlar da oldu. Çıxışlarda bildirildi ki, QSC-nin kadr şəbəkəsinin formalaşmasında onun nəzdində fəaliyyət göstərən liseyin məzunlarından istifadə edilir. Bu məzunlardan biri Kənan Abbaslı da söz alaraq həm liseyin müəllimlərini, həm də QSC-nin kollektivini Bakı Metropoliteninin yubileyi münasibətilə təbrik etdi.