Yubilyara “Həmkarlar ittifaqında xidmətə görə" medalı təqdim olundu


Baxıldı : 112

Tarix : 2016-12-24 06:08:50


Bakı Dövlət Universitetində BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun 85 illik yubileyi qeyd edilmişdir.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Knyaz Aslan, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, akademiklər Əhliman Əmiraslanov, Vasim Məmmədəliyev, Vasif Babazadə, Bakı Dövlət Universitetinin kafedra müdirləri Bəxtiyar Əliyev, Əyyub Əyyubov, İzzət Rüstəmov çıxış edib, yubilyarın elmi-pedaqoji yaradıcılığı haqqında məlumat vermişlər.

Tədbirdə TİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə də çıxış etmiş, AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin təbriklərini yubilyara çatdırmış və Abuzər Xələfova AHİK-in "Həmkarlar ittifaqında xidmətə görə" medalını təqdim etmişdir.

Bəyalı RZAYEV