Yüksək bal qazananlara hədiyyələr verildi


Baxıldı : 35

Tarix : 2019-09-27 17:43:06


Ali məktəblərə son qəbul imtahanlarında 5 nəfər metropoliten işçisinin övladı 600 və daha çox bal toplayaraq tələbə adını qazanmışdır. Bu gənclərdən biri Prezident təqaüdçüsüdür. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi və Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) həmin gənclər və onların valideynləri ilə görüşmüşdür. Cəmiyyətin sədr müavini Hidayət Məmmədov QSC-nin sədri Zaur Hüseynovun və öz adından tələbələri təbrik etmiş, hər birinə təhsildə uğurlar arzulamışdır.

MİHİ sədri Arif Mərdanov ali məktəb auditoriyalarına ilk dəfə daxil olan gəncləri təbrik edərək, uzun illər zəhmət çəkmiş valideynlər üçün övladlarının bu gününü görməyi əsl xoşbəxtlik adlandırıb.

Çıxış edən tələbələr və valideynlər Cəmiyyətin rəhbərliyinə və həmkarlar ittifaqına diqqətə və qayğıya görə təşəkkürlərini bildirdilər.

Sonda tələbələrə hədiyyələr təqdim edilib.