Yürüşə yüzlərlə işçi qoşulub


Baxıldı : 91

Tarix : 2019-10-28 05:02:34


Yunanıstanda bələdiyyələrin şəhər təmizliyi və abadlığı ilə məşğul olan işçilər hökumətin bu xidmətləri xarici şirkətlərə həvalə etmək planına etiraz olaraq yürüş keçirib. Paytaxt Afinada təşkil olunan aksiyaya yüzlərlə işçi qoşulub. Nəzərdə tutulan planla bağlı  sənədlər  hazırlanaraq parlamentin müzakirəsinə verilib və  yaxın gündə sesvermə keçiriləcək. Hökumət təmizlik işlərini xarici şirkətlərə verərək uzunmüddətli maliyyə böhranından sonra ölkəyə sərmayənin cəlb olunmasını hədəfləyir.

Nazirlər bu seçimin  digər Avropa ölkələrində də geniş tətbiq olunduğunu bildiriblər. Lakin ixtisarlardan qorxan işçilər bu addıma etiraz edir. Onlar həmçinin vəziyyətin bələdiyyə vergilərinin artmasına  səbəb olacağını da qeyd edir.

2018-ci ildə 3-cü xilas planı ilə uzunmüddətli böhrandan qurtulan Yunanıstanda hələ də avro  milli pula nisbətən daha yüksəkdir. Hələ də ölkənin inkişafı borc verən xarici qurumlar- Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu  tərəfinfən nəzarət olunur.

Hökumət təmizlik və abadlaşdırma  sahəsində  xarici sərmayədarların yer alacağı təqdirdə vergilərdə endirim tətbiq ediləcəyini açıqlayıb.