Zaqrebdən qızıl medal


Baxıldı : 29

Tarix : 2017-10-06 23:47:37


Xorvatiyanın paytaxtı Zaqreb şəhərində cüdo üzrə Qran-Pri yarışı təşkil olunub. 73 kq. çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi adını qazanıb. "Atilla" İdman Klubunun yetirməsi Xorvatiya, İtaliya, Yaponiya, Braziliya və İsveç təmsilçilərini məğlub edib. Cüdoçumuza yarışın qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Qeyd edək ki, Zaqrebdə keçirilən turnirdə 47 ölkədən 249 cüdoçu mübarizə aparıb.

Azər MUSTAFAYEV